Qaydalar

Qaydalar

  • İctimai Birlik fərdi və fəxri üzvlərdən ibarət olur.

  • Birliyin fərdi üzvləri cərrahiyyədəvə müştərək sahələrdə çalışan,nizamnaməni qəbul edən, Birliyin fəaliyyət istiqamətlərinin reallaşmasında şəxsən iştirak edən və ona maddi cəhətdən dəstək verən Azərbaycanın və  xaric ölkələrin vətəndaşlar ola bilər.

  • Birliyin fəxri üzvləri cərrahiyyənin inkişafında əhəmiyyətli töhvəsi olan, Birliyin fəaliyyətində iştirak etməyə hazır olan və onun nizamnaməsini qəbul edən məşhur cərrahlar, həkimlər, alimlər, siyasətçilər, ictimai xadimlər, səhiyyə və digər ictimai fəaliyyət sahəsi işçiləri ola bilər.

  • ACQİB-nin üzvləri nizamnaməni qəbul edən, Birliyin fəaliyyətinə töhvə vermək arzusunda olan hüquqi şəxslər – ictimai birliklər ola bilər.

  • Birliyin üzvlüyünə qəbul fərdi üzvlər üçün şəxsi ərizə əsasında və hüquqi şəxs – ictimai birlik üçün isə müvafiq cavabdeh orqanın qərarı əsasında həyata keçirilir. Qərar ya regional şöbə və ya Birliyin İdarə Heyəti tərəfindən Təlimatın qaydalarına müvafiq olaraq qəbul edilir.

  • Birliyin üzvləri (hüquqi şəxslər – ictimai birliklərin öz səlahiyyətli nümayəndələri vasitəsilə) hüquqa malikdirlər:

    — Birliyin rəhbər orqanlarını seçmək və ya ora seçilmək;

    — Birliyin fəaliyyətinə dair məsələlərə görə təklifləri Birlik orqanları qarşısında qoyaraq, müzakirəsində iştirak etmək;

    — Birlik tərəfindən keçirilən tədbirlərdə iştirak etmək;

    — Birliyin fəaliyyəti haqqında informasiyaya malik olmaq;

    — Birlikdən könüllü çıxmaq.

  • Birliyin üzvləri MƏSULDURLAR:

    — Birlik qarşısında duran vəzifələrin həllində fəal iştirak etmək;

    — Vaxtında qəbul olunma və üzvlük haqlarını ödəmək;

    — BirliyinBirliyinBirliyin fəaliyyətinə aid olan məsələlərə dair məlumatı təqdim etmək;

    — Hazırki Nizamnaməyə riayət etmək;

    — Birliyin rəhbər orqanlarının qərarlarını yerinə yetirmək.

Birliyin üzvü təlimatı pozduqda, Birliyin rəhbər orqanlarının qərarlarını yerinə yetirmədikdə, həmçinin Birliyə  mənəvi və ya maddi zərər yetirdikdə üzvlükdən çıxarıla bilər. Qərar İdarə Heyəti tərəfindən qəbul edilir, sonra konfransda təsdiq edilir  və qərar dəyişdirilmir. Birliyin üzvü təlimatda qeyd olunduğu qaydada qəbul və ya üzvlük haqqını ödəmədiyi halda da Birlikdən çıxarıla bilər. Könüllü olaraq üzvlükdən çıxdıqda İdarə Heyətinə ərizə ilə müraciət edilir və ya ictimai birlik üçün müvafiq imtiyazlı orqanın qərarı təqdim edilir,  bu məsələyə dair Birliyin rəhbər orqanlarının qərarı tələb olunmur.
Xaric edilmə haqqında qərar Birliyin regionar şöbələrinin rəhbər orqanları tərəfindən qəbul edilir, lakin qərar son olaraq İctimai Birliyin İdarə Heyəti və Konfrans tərəfindən dəyişilmə hüququ olmadan verilə bilər.