Haqqımızda

“Azərbaycan Cərrahlar və Qastroenteroloqlar” İctimai Birliyi 

müxtəlif ölkələrin cərrahları arasında təcrübə mübadiləsi məqsədilə yaradılmışdır.

 

İCTİMAİ BİRLİYİN FƏALİYYƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ:

  • Distansion konfrans və konqreslərin keçirilməsi

  • Həkim-cərrahların ixtisaslaşmasının artırılmasına yönəldilmiş təhsil fəaliyyəti

  • Tibdə yeni istiqamət və texnologiyaların təbliğatı

  • Məlumat-nəşriyyat fəaliyyəti

  • Həkim-məsləhətxana fəaliyyəti

BİZİM KONFRANSLAR

Birliyin fəaliyyətinin əsas istiqamətlərindən biri distansion beynəlxalq konfrans və konqreslərin yerinə yetirilməsidir. Belə ki, İctimai Birliyinhər il keçirilən növbəti distansion beynəlxalq elmi forumların təşkilatçısıdır:

  • “Tibdə yeni texnologiyalar”

  • “Ürək-damar cərrahiyyəsi və angiologiya”

BİZİM NƏŞRLƏR

  • Birlik tərəfindən keçirilən elmi forumların bütün materialları pulsuz və tam şəkildə internetdən gğtürülə bilər. Birlik tərəfindən nəşr edilən işlərin surətinin çıxarılması və yenidən nəşri müəlliflərin və Birliyin İdarə Heyətinin razılığı ilə mümkündür. Sitat edərkən mütləq bizim nəşrlərə istinad edilməlidir.

DİSTANSİON MƏSLƏHƏTLƏR

Birliyin üzvləri olan həkimlər xəstələrə müxtəlif cərrahi xəstəliklərə dair qiyabi (ehtiyac olarsa, əyani) məsləhətlər aparırlar.

İCTİMAİ BİRLİYİN FƏALİYYƏTİ

Birliyin fəaliyyəti ölkədə tele tibb texnologiyaların inkişafı Konsepsiyasına uyğun gəlir.

ƏLAQƏ HAQQINDA MƏLUMAT

Telefon: +994124321186   +994503495566

E-Mail:   info@acq-ib.com   Rainika@mail.ru