Birliy sədrinin müraciəti

Sədrin müraciəti

Çox hörmətli kolleqalar!

 

“Azərbaycan Cərrahlar və Qastroenteroloqlar” İctimai Birliyinin saytında Sizi salamlayıram. Bizim saytın əsas məqsədi – informasiya şəffaflığının və əlyetərliliyinin səviyyəsinin artırılması, bizim assosiasiya, onun tarixi, bugünkü vəziyyəti və respublika  ərazisində cərrahların ən böyük ictimai birliyində çalışan insanlar haqqında kifayət qədər məlumatın təqdim edilməsindən ibarətdir.  

“Azərbaycan Cərrahlar və Qastroenteroloqlar” İctimai Birliyi – gündəlik əməyi müasir elmi innovasion texnologiyalarla əlaqədar olan mütəxəssislərin professional birliyidir.

Müasir cəmiyyət təhsilin səviyyəsi, mütəxəssislərin xüsusilə cərrahiyyə sahəsində hazırlanması qarşısında yüksək tələblər qoyur. Biz, Vətən cərrahiyyə məktəbinin ən yaxşı ənənələrini inkişaf etdirərək, xəstələrə elmi əsaslandırılmış, keyfiyyətli ixtisaslaşmış cərrahi yardımın göstərilməsini təmin etməyə cəhd edirik.

Sizi qarşılıqlı əməkdaşlığa dəvət edərək, “Azərbaycan Cərrahlar və Qastroenteroloqlar” İctimai Birliyinin məlumat saytının professional fəaliyyətinizdə və gündəlik həyatınızda Sizin üçün əhəmiyyətli olacağına  ümid bəsləyirəm.

“Azərbaycan Cərrahlar və Qastroenteroloqlar” İctimai Birliyinin sədri,
Azərbaycan Respublikasının əməkdar həkimi professor R.M.Ağayev